Bu gün Almaniya Bundesliqasında 6-cı tura start verilir.
Turun mərkəzi matçında mövsümün iki məğlubedilməz klubu üz-üzə gələcək. "Bavariya" "Volfsburq"u qəbul edəcək. Oyunöncəsi komandada üzlər gülür. Metbuat.az "Sport1"ə istinadən xəbər verir ki, Münhen klubunun hücumçusus Robert Levandovski zədəsini sağaldıb və oynamağa hazırdı.
Qeyd edək ki, polşalı futbolçu Çempionlar Liqasında "Olimpiakos"la oynanılan matçda topuğundan zədə almışdı və bu səbəbdən də "Darmştadt"la qarşılaşmada komandasına kömək edə bilməmişdi.
Belə olan halda, "Bavariya"nın lazaretində Aryen Robben, Frank Riberi, Xolqer Badştuber və Mehdi Benatia qalır.