Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar Artist”

Əsgərov Mübariz Səməd oğlu
Nəcəfov Tural Nüsrət oğlu

“Əməkdar Mədəniyyət İşçisi”

Məmmədov Nizami Tahir oğlu

“Əməkdar Müəllim”

Əfəndiyeva Nüşabə Yusif qızı

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az