Filippində yaşayan yoxsul, amma təhsilə, dərsə böyük həvəsi olan balaca qız küçədə oturub ev tapşırıqlarını yerinə yetirərkən fotosu çəkilib.

Bu foto Facebook-da yayılandan sonra qız bir gün ərzində dünyaca məşhurlaşıb.
Milli.Az AsianOne-a istinadən bildirir ki, qızın adı da məlumdur. O, 8 yaşlı Sielo Qonsalesdir.
Çirkli, səs-küylü küçədə oturaraq dərslərini oxuyan qıza yardım etmək istəyənlərin sayı həddən ziyadədir.

Qızın anası Linda Qonsalesin dediyinə görə, çox yoxsul olduqlarından övladlarını normal məktəbdə oxuda bilmir: "Təbii ki, mən də qızlarımın yaxşı yaşamasını, oxumasını istəyirəm. Amma evsiz-eşiksizik, çalışdığım dükanın anbarında yaşayırıq".

Filippində McDonald`s restoranının işıqları altında dərslərini oxuyan Daniel Kabrera adlı oğlanın fotosu da sosial şəbəkələrdə yayılandan sonra o məşhurlaşmışdı.
Daniel indi ölkə paytaxtı Maniladakı elitar kollecdə təhsil alır. Onun təhsilini yerli iş adamlarından biri maliyyələşdirir.

Milli.Az

Yoxsul, amma oxumaq istəyən qız milyonları kövrəltdi - FOTO
Yoxsul, amma oxumaq istəyən qız milyonları kövrəltdi - FOTO
Yoxsul, amma oxumaq istəyən qız milyonları kövrəltdi - FOTO
Yoxsul, amma oxumaq istəyən qız milyonları kövrəltdi - FOTO