"Barselona" bu gün La Liqanın 5-ci turu çərçivəsində "Selta"nın qonağı olacaq.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Barselona" bu gün Jordi Albanın xidmətindən istifadə edə bilməyəcək. Həkimlər 26 yaşlı futbolçunun Viqoya yollanmasına icazə verməyiblər. Buna onun boynundakı zədə səbəb olub.

"Barselona" azarkeşlərinə sevindirici xəbər

Əvəzində bu gün digər müdafiəçi Duqlası meydanda görə bilərik. Həkimlər mövsüm hazırlıqları zamanı ombasından zədə alan və bərpa prosesini uğurla tamamlayan braziliyalının oynamasına razılıq veriblər.

"Selta" - "Barselona" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.