ABŞ-ın ən məşhur gənc supermodellərindən biri Kayli Cenner villasında istirahət edərkən çəkilmiş fotoları İnstagram-dakı profilində paylaşıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 18 yaşlı modelin 2,7 milyon dollarlıq villası Kalabasas şəhərindədir.
Hollivud ulduzu Uill Smitin oğlu Ceyden Smitlə münasibətləri kəsəndən sonra reper Tayqa ilə birlikdə olan Kaylinin dediyinə görə, Çelsi Klark adlı qızı təqib etməsi barədə deyilənlər yalandır.
16 yaşlı Çelsi Klark məhkəməyə üz tutaraq Kayli Cenneri və onun ailəsini, yəni realiti-şou ulduzu, pornoqrafik videoları ilə tanınan Kim Kardaşyanı və bacılarını təqiblərdə suçlayıb.
Milli.Az




