Bakı. 26 sentyabr. REPORT.AZ/ Baloğlan Əşrəfovun səhhətində ciddi problemin yoxdur, sadəcə sağ topuğunda əzilmə olub. Bu barədə "Report"a yol qəzasına düşən əməkdar artistin səhhəti barədə sualı cavablandıran Təcili Tibbi Yardım stansiyasından bildiriblər. Qeyd olunur ki, B.Əşrəfov Masallı rayonunun Xırmandalı kəndində yerləşən xəstəxanaya göndərilib.
Qeyd edək ki, bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun Salyanla Biləsuvar ərazisinin sərhəddində yol qəzası baş verib. "Report" xəbər verir ki, qəza nəticəsində yaralananların arasında əməkdar artist Baloğlan Əşrəfov da olub.