Gəncə, 28 sentyabr, AZƏRTAC
Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Sahibkar qadınlar” İctimai Birliyi tərəfindən Gəncədə həyata keçirilən sahibkar qadınların maarifləndirilməsi layihəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, dörd ay müddətində reallaşdırılan layihə çərçivəsində sahibkar qadınlarla yanaşı, iş adamı kimi çalışmaq istəyən gənc qadınlara biznesin qurulması, bu sahədə risk amilləri və onların aradan qaldırılması yolları barədə maarifləndirici təlimlər keçirilib. Səksən nəfərədək sahibkar qadının iştirak etdiyi təlimlər mütəxəssislər, eləcə də bu sahədə uzun illər fəaliyyət göstərmiş və müəyyən uğurlar qazanmış sahibkarlar tərəfindən aparılıb.
Layihənin sonunda iştirakçılara sertifikatlar verilib.