Dağlıq Qarabağ ətrafında Ermənistanla Azərbaycan arasında münaqişənin artıq bir necə müddətdir erməni tərəfi ücün ağır itkilərlə nəticələndiyini son zamanlar rəsmi Yerevan belə gizlədə bilmir. Bir neçə beynəlxalq mütəxəssisin fikrincə, Azərbaycan ordusunun düşmənin canlı qüvvəsini "günbəgün" taktiki zərbələrlə ardıcıl olaraq məhv etməsi "nə hərb, nə sülh" situasiyasını, təbii ki, ilk növbədə rəsmi Yerevan ücün arzuolunmaz edir.

Status-kvonun artıq məhz Ermənistan ücün əlverişli olmadığı ölkə rəsmilərinin aqressiv açıqlamalarının artmasında da özünü açıq-aşkar büruzə verir. Rəsmi Yerevan diplomatik ritorikanı minimuma endirərək, guya "ədalət qılıncını" var-gəl elətdirir və yaxın zamanlarda, belə demək mümkünsə, kütləvi cəza aksiyalarını həyata keçirəcəklərinə dair hədələr səsləndirir. Lakin hələlik fakt olaraq gerçəklik bundadır ki, Ermənistanın hərbi itkilərinin sayı dövlət və əhali ücün siyasi-sosial bəlaya çevrilir.

Eyni zamanda cəbhə xəttindəki atışmalar və silahlı qarşıdurmalar itkilərlə müşahidə olunur, bu isə Ermənistan tərəfinə ciddi təhlükələr vəd edir. Öz insanlarını qoruya bilməyən Ermənistan ordusu separatçıların "ümidlərini" doğrultmur.

Bununla belə, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının fikrincə, rəsmi Yerevan təhlükənin real ola biləcəyini hətta inkar etməsə də, yenə də pafoslu şəkildə Ermənistan Silahlı Qüvvələrinin "şanlı qələbələrə" qadir olduğunu vurğulayır.

"Ənənəvi olaraq siyasi manipulyasiyaların sahidi oluruq. Burada həmişəki kimi belə bir ziddiyyət də ortaya çıxır ki, Ermənistan ordusu "daim qalib" olduğunu dünyaya bəyan etsə də, ermənilər və separatçılar yenə də "məzlum xalq" obrazından azad ola bilmirlər".

Nicat
Milli.Az