Bakı və Sumqayıt şəhərlərində "Muğanbank" ASC-nin 3 yeni şöbəsi fəaliyyətə başladı. Bununla bank xidmət şəbəkəsini daha da genişləndirərək müştərilərinə bir az da yaxın oldu. Şöbələrdə fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edilir.

Yeni açılmış 2, 3 və 8 saylı şöbələr müvafiq olaraq aşağıdakı ünvanlarda müştərilərini gözləyirlər:

2 saylı şöbə
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 528, Ələsgər Ələkbərov küçəsi E.
Tel: (012) 538 44 12
3 saylı şöbə
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 6, mənzil 61
Tel: (012) 431 00 92
8 saylı şöbə
Ünvan: Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti 56C
Tel: (018) 652 02 99

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. Muğanbank-ın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.