“Report”un məlumatına görə, MSK üzvü Validə Kazımova deyib ki, 8 saylı Binəqədi birinci Dairə Seçki Komissiyası A.Səmədbəylinin deputatlığa namizədliyini qeydə alınmayıb və o, DSK-nın qərarı ilə bağlı MSK-ya müraciət edib.
V.Kazımova bildirib ki, A.Səmədbəylinin Dairə Seçki Komissiyasına təqdim etdiyi imzalar yetərli olmayıb. O deyib ki, A.Səmədbəyli DSK-ya 547 imza təqdim edib, onlardan 117-si etibarsız olduğu üçün onun namizədliyi qeydə alına bilməz.
Məsələ səsə qoyularaq qəbul edilib, A.Səmədbəylinin bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınmayıb.