Bakıda əli bağlı maşın sürən sürücü barədə ölçü götürülüb (VİDEO)

Bakıda əli bağlı maşın sürən sürücü barədə ölçü götürülüb (VİDEO)
04:11 29 Sentyabr 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

Son günlər sosial şəbəkərlədə paylaşılan “Əli bağlı sürücü” başlıqlı videogörüntüdə Yalçın adlı sürücünün qeyri-adi fəndlə avtomobilini idarətməsi nümayiş olunur.

O da məlum olur ki, sözügedən sürücü “KİA” markalı avtomobili ilk olaraq əllərini bağlayaraq sükandan istifadə etmədən paytaxtın yollarında dövrə vurur.

Əlsiz avtobili idarə edən sürücü dizi vasitəsilə manevrlər edib, hətta bir neçə dəfə təhlükəli an da yaşayıb.

Məsələ ilə bağlı Bakı şəhər baş dövlət yol polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, həmin sürcü Yalçın Həsənovdur. O, görüntülər də 2011-ci ildə qeydə alınıb. Sürücü həm bu videodakı, həm də digər əməllərinə görə dəfələrlə yol polisi tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.

Vaqif Əsədov onu da deyir ki, Yalçın Həsənovun törətdiyi inzibati xətalar sırasında avtoxuliqanlıq əməli də var.

Məlumunuz olsun ki, avtomobili idarə edərkən sükandan əli çəkmək qanunla qadağandır. Və bu hala görə sürücü ilk dəfə olaraq 40 manat məbləğində cərimə olunur.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=361500

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR