Məkkə faciəsinə görə Səud ailəsi tənqid obyektidir (VİDEO)

Məkkə faciəsinə görə Səud ailəsi tənqid obyektidir (VİDEO)
04:51 29 Sentyabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Bu il Həcc ziyarəti faciələrlə yadda qaldı.

ANS TV-nin məlumatına görə, bu ilki Həcc ziyarəti zamanı ard-arda baş verən hadisələrə və çoxsaylı insan tələfatına görə Səudiyyə Ərəbistanı sərt tənqid olunur.

Məkkədə məscidin üzərinə kranın aşması ilə 109 nəfərin ölümü, 400 nəfərin yaralanması, bir neçə oteldə yanğın hadisələri. Və son olaraq sıxlıq nəticəsində 769 nəfərin ölümü, 800-dən artıq insanın xəsarət almasından sonra Krallıq Həcc ziyarətini təşkil edə bilməməkdə, səriştəsizlikdə ittiham edilir.

Maraqlıdır ki, faciəyə görə Qərb və onun nəzarətində olan media yalnız başsağlığı verir. Müsəlman ölkələri isə Səudiyyə Ərəbistanını məsuliyyəti üzərinə götürməsiüçün çağırış edir. Eyni zamanda baş verənlərə görə cavab verməyə, ziyarətin təşkilini başqa bir ölkəyə həvalə etməyə çağrılır.

Kral ailəsini ən çox tənqid edən ölkələr arasında İranla yanaşı, Pakistan, Nigeriyaİndoneziya da var.

Nigeriyalılar sosial şəbəkə vasitəsi ilə ittihamları irqi nifrət adlandırıblar.

Krallıq bildirmişdi ki, guya afrikalılar ziyarət zamanı vaxt bölgüsünə riayət etməyiblər. Lakin iddia var ki, hadisə kralın oğlu Məhəmməd Bin Salmanın kortecinin əraziyə gəlməsi və şeytana daş atma mərasimində iştirak etməsi, həm də tək yox 200 hərbçi və 150 polisin müşayəti ilə bu ayini yerinə yetirməsi, sırf kral oğluna görə zəvvarların marşrutunun istiqamətinin dəyişdirilməsinə, bir tunelə həddən artıq şəxsin sıxışdırılması ilə baş verib.

Bu azmış kimi meyitlərin traktorla daşınmasını əks etdirən foto yayıldı. Şəklin həqiqiliyi sübuta yetirilməsə də, əsas diqqəti pakistanlılar və indoneziyalılar mərasiminin düzgün təşkil olunmamasına görə kral ailəsinə qarşı tənqidlər səsləndiriblər.

Bir neçə gün əvvəl isə Türkiyə Həccin təşkilini onlar həvalə edilməsini istəmişdi.

Əlbəttə ki, iqtisadi maraqlar üstün gəlir. Lakin unudulmamalıdır ki, Həcc turistik deyil, müsəlmanların dini inanclarından irəli gələn və vacib buyrulan bir əməldir.

Səudiyyə krallığı isə hər il 10 milyardlarla dollar gəlir əldə etdiyi bu ziyarəti çətin ki, əldən versin.

Krallığın kvotadan artıq ziyarətçi qəbul etməsi, hətta şeytana atılan daşları təkrarən zəvvarlara sataraq milyonlarla dollar gəlir əldə etməsi, eləcə də qurbanlıq heyvanların kəsimindən və sonra o heyvanların ətinin hara getməsindən naharatılıqlar yer alır.


Yüz illər əvvəlki müqəddəs Kəbə


Göydələnlərin kölgəsində görünməyən müasir Kəbə

Bu şəkillər hər şeydən xəbər verir. Müqəddəs Kəbənin 100 il əvvəlki ətrafı boş olan halda fotosu və hazırki şəkli, hündür binalar, otellərlə əhatəyə alınmış möhtəşəmliyinə kölgə salınan fotosu... Tamah hərdən Allah evini kölgədə, insanları isə ayaqlar altında qoyur.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=361487

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR