​Marsda axar su aşkar edilib

​Marsda axar su aşkar edilib
07:33 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 sentyabr /Trend /

Marsda axar su və duz kütləsi aşkar edilib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, MRO (Mars Reconnaissance Orbiter) peykindən əldə olunan görüntülərin təhlili Marsda maye halında kütlənin kanyonlar arasından axaraq nazik izlər buraxdığını və bu prosesin əsasən yay mövsümündə müşahidə olunduğunu aşkar ediblər. Suyun buxarlanması nəticəsində duz kütlələrinin izlərinə rast gəlinməsi bu planetdə həyat əlaməti olan rütubətliliyin mövcudluğuna dəlalət edir.

NASA-nın mütəxəssisləri daha öncə Marsın quru planet olduğuna dair fikirlərin öz təsdiqini tapmadığını vurğulayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2437773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR