​Dağıstan respublikasının rəhbəri Azərbaycanla fəal əməkdaşlıq etməyə çağırıb

​Dağıstan respublikasının rəhbəri Azərbaycanla fəal əməkdaşlıq etməyə çağırıb
10:57 29 Sentyabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ Dağıstan prezidenti Ramazan Abdulatipov Respublika Xalq Məclisinin 53-cü sessiyasında iştirak edib.
"Report" "RİA-Dağıstan"a istinadən xəbər verir ki, sessiya zamanı Ramazan Abdulatipov Tlyaratinski və Rutulski rayonları arasında 27 kilometrlik Dağıstan dairəvi yolunun tikintisi ilə bağlı deputat Fikrət Rəcəbovun təklifini şərh edib.
"Bu strateji və iqtisadi cəhətdən mühüm yoldur. Bizim tarixən Gürcüstan və Azərbaycanla çox fəal əməkdaşlıq edən bir sıra rayonlarımız olub. Sonradan məlum səbəblərdən bu əməkdaşlıq dayandırılıb. Bu gün biz özümüz özümüzü təcrid edirik, lakin buna səbəb nədir? Biz qüdrətli ölkəyik və əməkdaşlığa açıq olmalıyıq. Qonşu ölkələrlə və orada yaşayan xalqlarla iqtisadi, mədəni əlaqələri inkişaf etdirməliyik", - R. Abdulatipov bildirib. O, hökumətə, Dağıstan Xalq Məclisi ilə birgə bu məsələlərlə yaxından məşğul olmaq tapşırığını verib.
Dağıstan rəhbərinin sözlərinə görə, sərhədyanı əməkdaşlıq sahəsində hələ ki, nəzərə çarpacaq heç bir nəticə yoxdur: "Bu sahədə, demək olar ki, heç bir fəaliyyət hiss olunmur. Azərbaycanla hər hansı bir müştərək layihə yoxdur, baxmayaraq ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir. Biz öz coğrafi mövqeyimizdən və 5 ölkə ilə sərhədimizin olmasından istifadə etmirik". 

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/dagistan-respublikasinin-rehberi-azerbaycanla-feal-emekdasliq-etmeye-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR