Yaponiyanın Baş naziri və Rusiya Prezidenti sülh müqaviləsinin imzalanması üçün danışıqların davam etdirilməsi barədə razılığa gəliblər

Yaponiyanın Baş naziri və Rusiya Prezidenti sülh müqaviləsinin imzalanması üçün danışıqların davam etdirilməsi barədə razılığa gəliblər
11:28 29 Sentyabr 2015
60 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 29 sentyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe və Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün danışıqların davam etdirilməsi barədə razılığa gəliblər. NHK televiziya kanalının verdiyi məlumata görə, iki ölkənin liderləri Vladimir Putinin cari il daha münasib vaxtda Yaponiyaya səfəri barədə də razılıq əldə ediblər.
Yaponiya və Rusiya liderlərinin görüşü sentyabrın 28-də Nyu-Yorkda BMT-nin qərargahında keçirilib. Bu, ötən ilin noyabrından bəri iki ölkə liderlərinin ilk görüşü olub.
Görüş zamanı V.Putin qeyd edib ki, Rusiya ilə Yaponiya arasında müxtəlif sahələrdə əlaqələr davam etsə də, ticarət dövriyyəsi azalıb. Rusiya Prezidenti iki ölkə arasında qarşılıqlı iqtisadi əməkdaşlıq üçün böyük potensial olduğunu vurğulayıb.
Baş nazir Ş.Abe isə bildirib ki, bu yaxınlarda onun yenidən Liberal-Demokratik Partiyanın lideri seçilməsi Rusiya ilə sülh müqaviləsinin imzalanmasına daha çox diqqət yetirməyə imkan yaradacaq. O, Rusiya Prezidentinin Yaponiyaya səfəri ilə bağlı daha münasib vaxtın təyin olunmasına ümid etdiyini bildirib.
Ş.Abe və V.Putin sülh müqaviləsinin imzalanması və ərazi məsələsinin daha əlverişli variantının tapılması istiqamətində dialoqun davam etdirilməsinin zəruriliyini bildiriblər.
Hər iki lider noyabrda keçiriləcək “Böyük iyirmilik” sammiti və Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı Forumu çərçivəsində danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyanin_Bas_naziri_ve_Rusiya_Prezidenti_sulh_muqavilesinin_imzalanmasi_uchun_danisiqlarin_davam_etdirilmesi_barede_raziliga_gelibler-888080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR