Ödəmə terminalından oğurluq etmiş 19 yaşlı oğlan tutulub

11:32 29 Sentyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 11:30 ]

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində bu il iyulun 20-nə keçən gecə Bakı şəhər sakini Bəhruz Hümbətova məxsus, Neapol küçəsində yerləşən mağazadakı “E-manat” MMC-yə məxsus ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1996-cı il təvəllüdlü Elgün Məmmədov tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR