"Qarabağ" azarkeşlərə müraciət etdi - FOTOLAR

"Qarabağ" azarkeşlərə müraciət etdi -   FOTOLAR
11:37 29 Sentyabr 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Anderlext" qarşılaşmasının biletlərinin satışı fünəndən başlayıb. Fanat.az "Qarabağ"ın rəsmi saytına istinadən xəbər verir ki, bilet satışının ilk günü olmasına baxmaraq, kassa önündə azarkeş növbələri yaranıb. Sevindirici haldı ki, azarkeşlərin hər biri bilet satışından razıdı və hər kəs kassaya sıra ilə yaxınlaşaraq biletini alır. 


"Qarabağ" rəhbərliyi bu oyundan etibarən kassada xanım satıcıların köməyindən istifadə edərək daha bir ilkə imza atıb. Bununla kassa önündə nizam-intizamı artıran klub rəhbərliyi bu addımın uğurlu addım olduğunu bildirib. Eyni zamanda azarkeşlərin sıraya girmədən öncə istədiyi biletin qiymətini və sektorunu rahatlıqla tapa bilməsi üçün stadionun böyük sektor xəritəsi kassa yanında quraşdırılıb. Bütün kassaların fəaliyyət göstərməsi kassa önündə sıxlığın yaranmasının qarşını alıb.


"Qarabağ" rəhbərliyi azarkeşlərin oyuna olan böyük marağını nəzərə alaraq kassada gücləndirilmiş iş rejiminə keçib. Klub tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və kassa ətrafına polis briqadaları yerləşdirilib, eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir.


"Qarabağ" rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla "işbazz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsız.


Fanat.az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-azarkelr-muracit-etdi-t44427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR