Uşaq musiqi məktəblərinin kollektivləri kəndlərdə konsert proqramı ilə çıxış edirlər

Uşaq musiqi məktəblərinin kollektivləri kəndlərdə konsert proqramı ilə çıxış edirlər
15:38 29 Sentyabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+


Şahbuz, 29 sentyabr, AZƏRTAC
Şahbuz rayonundakı Kolanı kənd Uşaq Musiqi Məktəbinin kollektivi rayonun Gömür kəndində konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsert proqramında musiqi məktəbinin solo ifaçıları tərəfindən müxtəlif əsərlər, Azərbaycan xalq mahnı və musiqiləri, muğam və təsnifləri, bəstəkar mahnıları səsləndirilib.
Sazçalanlar bir neçə aşıq havası ifa etməklə xalqımıza məxsus bu milli musiqinin ecazkarlığını bir daha izhar ediblər. Gömür kənd ziyalılarının, ictimaiyyət nümayəndələrinin qarşısında çıxış edən musiqi məktəbi kollektivinin üzvləri tədbir boyu tamaşaçıların zövqünü oxşayıblar. Səlis, məharətlə və ürəkdən ifa olunan hər bir mahnı, musiqi dinləyicilərdə xoş ovqat yaradıb.
Qeyd edək ki, Ordubad şəhər Uşaq Musiqi Məktəbinin kollektivi rayonun Aşağı Əylis kəndində, Şərur rayonundakı Ələkli kənd Uşaq Musiqi Məktəbinin şagirdləri Tumaslı kəndində, Babək rayonunun Zeynəddin kənd Uşaq Musiqi Məktəbinin kollektivi Naxışnərgiz kəndində konsert proqramları ilə çıxış ediblər. Konsertlər kənd mərkəzlərində keçirilib. Müasir üslubda tikilmiş bu sosial obyektlərdə belə tədbirlərin təşkili muxtar respublikada artıq ənənə halını alıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usaq_musiqi_mekteblerinin_kollektivleri_kendlerde_konsert_proqrami_ile_chixis_edirler-888198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR