Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu il keçiriləcək parlament seçkilərində 427 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, seçkilərdə iştirak etmək üçün 1753 nəfər müraciət edib: “Onlardan 565-sı siyasi partiyalar, 62 nəfəri “Azadlıq-2015”seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1123 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1645 şəxsin namizədliyinin irəli sürülməsi təsdiq edilib”.
M.Pənahov qeyd edib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1553 nəfər imza vərəqəsi alıb: “665 nəfər imza vərəqələrini qaytarıb”.
O bildirib ki, seçkilərlə bağlı MSK-ya 17 müraciət daxil olub, onların da əksəriyyəti təmin edilib.
Qeyd edək ki, bu ilin noyabın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.