Əmək yarmarkasında 74 nəfərə yeni iş yerlərinə göndəriş verilib

Əmək yarmarkasında 74 nəfərə yeni iş yerlərinə göndəriş verilib
19:58 29 Sentyabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağsu, 29 sentyabr, AZƏRTAC
Ağsu rayonunda sentyabrın 29-da növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həlli, həyata keçirilən layihələr respublikamızın hər yerində olduğu kimi, Ağsu rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına şərait yaradır. Təsadüfi deyildir ki, 210 nəfər işaxtaranın iştirak etdiyi əmək yarmarkasında 27 idarə, müəssisə, təşkilat və fiziki şəxs tərəfindən 243 boş iş yeri təklif olunub. Təklif edilən iş yerlərinin 139-u qulluqçu, 80-i fəhlə, 15-i isə xidməti işlər olub. Boş iş yerlərindən 186-sı dövlət, 19-u qeyri-dövlət təşkilatları tərəfindən çıxarılıb. Təklif olunan boş iş yerlərində orta aylıq əmək haqqı 110 manatdan 300 manatadəkdir.
Əmək yarmarkasında ən çox boş iş yeri mərkəzi rayon xəstəxanası, habelə “Az-Qranata” MMC, au-kanal idarəsi və bir sıra digər təşkilatlar tərəfindən çıxarılıb.
Tədbirin keçirildiyi müddətdə 74 nəfərə işə göndəriş verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amek_yarmarkasinda_74_nefere_yeni_is_yerlerine_gonderis_verilib-888301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR