Runidən təkzib

Runidən təkzib
21:42 29 Sentyabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in kapitanı Ueyn Runi bir neçə il öncə transferə çıxarılması üçün klub rəhbərliyinə müraciəti  barədə xəbərləri təkzib edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu 2010 və 2013-cü ildə klubdan getmək istəsə də, bu barədə rəhbərliyə müraciət etmədiyini bildirib. Runi hər iki halda "Yunayted"lə yollarını ayırmaq istəyini dünya səviyyəli futbolçuların heyətə cəlb olunmasına şübhə ilə yanaşması ilə əlaqələndirib.

Qeyd edək ki, Runi ötən turda "Sanderlend"ə qarşı oyunda "qol orucunu" pozmaqla "qırmızı şeytanlar"ın heyətində 171-ci dəfə fərqlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/372196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR