"Barselona" və "Arsenal" ilk qələbə arzusunda

"Barselona" və "Arsenal" ilk qələbə arzusunda
22:16 29 Sentyabr 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında II tura start veriləcək.

ANS PRESS-in məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 oyun baş tutacaq.

E qrupunda "Barselona" "Bayer"i qəbul edəcək. İlk turda səfərdə "Roma" ilə "sülh" bağlayan (1:1) Kataloniya klubu хal itkisini BATE-dən üstün olmuş (4:1) Leverkuzen təmsilçi ilə oyunda sığortalamağa çalışacaq. Qrupun digər oyununda "Roma" BATE-nin qonağı olacaq.

F qrupunda "Arsenal" evdə "Olimpiakos"la qarşılaşacaq. London klubu ilk turda gözlənilmədən Zaqreb "Dinamo"suna uduzub (1:2). "Topçular" bu dəfə həmin məğlubiyyətin təsadüf olduğunu göstərməlidi. Qrupun digər oyununda isə ilk turda "Olimpiakos"u darmadağın edən (3:0) "Bavariya" "Dinamo"nu sınağa çəkəcək.


"Barselona" klubu.

G qrupunda "Çelsi" səfərdə "Portu" ilə qarşılaşacaq. London klubu ilk turda evdə "Makkabi"ni darmadağın edib (4:0), "Portu" səfərdə Kiyev "Dinamo"su ilə "sülh" bağlayıb (2:2). Qrupun digər oyununda "Makkabi" "Dinamo"nu qəbul edəcək.


Kiyev "Dinamo"su.

H qrupunda isə ötən tur səfərdə "Valensiya"ya qalib gələn "Zenit" evdə Lion "Olimpik"i ilə "sülh"ə (1:1) razılaşmış "Gent"i qəbul edəcək. Qrupun digər oyununda isə "Olimpik"lə "Valensiya" Lionda üz-üzə gələcək.

Qeyd edək ki, A, B, C və D qruplarında II turun oyunları sabah keçiriləcək.

Çempionlar Liqası
Qrup mərhələsi
29 sentyabr

E qrupu
23.45 BATE (Belarus) - Roma (İtaliya)
23.45 Barselona (İspaniya) - Bayer (Almaniya)

F qrupu
23.45 Arsenal (İngiltərə) - Olimpiakos (Yunanıstan)
23.45 Bavariya (Almaniya) - Dinamo (Xorvatiya)

G qrupu
23.45 Portu (Portuqaliya) - Çelsi (İngiltərə)
23.45 Makkabi (Təl-Əviv, İsrail) - Dinamo (Ukrayna)

H qrupu
23.45 Olimpik (Lion, Fransa)- Valensiya (İspaniya)
23.45 Zenit (Rusiya) - Gent (Belçika)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=361549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR