Kiyevdən Moskvaya dəmir yolu savaşı (VİDEO, FOTO)

Kiyevdən Moskvaya dəmir yolu savaşı (VİDEO, FOTO)
23:56 29 Sentyabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın Dövlət Dəmiryolu şirkəti Moskvaya qarşı sanksiyalar çərçivəsində Rusiya Dəmiryol şirkətinin yükdaşıma bölməsi ilə əməkdaşlığı dayandırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Dəmiryolu şirkəti məlumat yayıb.

Artıq sentyabrın 25-dən Ukrayna Rusiya hava şirkətlərinin ölkəyə uçuşunu qadağan edib. Rusiya hökuməti buna cavab kimi Ukraynaya qarşı sanksiyalar hazırlanmasına göstəriş verib. Yaxın günlərdə rusların buna cavab addımları olacağı gözlənilir. Rəsmi Kiyev bu ay həmçinin Rusiya şirktləri və rəsmilərinə qarşı sanksiyaları genişləndirib. Məsələ 400 rəsmi və 90 şirkətdən gedir. Rusiyanın ötən ilin martında Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməsinə görə, Kiyevlə Moskva arasında münasibətlər kəskin pisləşib. Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 7 mindən çox adam ölüb.


Ukraynanın işğal olunmuş əraziləri.

Həmçinin Avropa Birliyi də Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi ilə razılaşıb. Qərar ötən ay Avropa Birliyi ölkələri səfirlərinin iclasında qəbul edilib. Söhbət məmur və ayrı-ayrı şəxslərin bank hesablarının dondurulması və viza qadağasından gedir. Bu sanksiyalar Rusiyanın yüksək səlahiyyətli müşavirləri, deputatlar və Ukrayna separatçılarının rəhbərləri də daxil olmaqla 150 nəfərə şamil edilir.


Avropa Birliyi.

ABŞ və digər ölkələr də Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər. Sanksiyaların məqsədi Rusiyanı Ukraynanın şərqində atəşkəs barədə Minskdə fevral ayında əldə olunmuş sazişi gözləməyə məcbur etməkdir. Aİ və ABŞ sanksiyaları prezident Putinin çevrəsi, Rusiya dövlət bankları, Rusiya hərbiyyəsi və enerji şirkətlərinə qarşı tətbiq edilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=361545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR