Yaponiya istisna olmaqla, ən çox istifadə olunan 10 Asiya valyutasını incələyən "Bloomberg-JP Morgan Asiya Dollar" indeksi 1997-1998-cı illərin böhranından bu tərəfə ən pis dövrünü yaşayıb və indeks 4,2% geriləyib. Çindəki iqtisadi yavaşlama bölgənin ixrac potensialını azaldaraq məzənnə müharibəsini dəstəkləyir. Sidneydə yerləşən "Westpac banking" Korporasiyasının valyuta strategiyası üzrə mütəxəssi Şon Kalou (Sean Callow) bildirib ki, 2015-ci il son rübündə heç bir Asiya milli valyutası güclənə bilməyəcək.
Qeyd edək ki, bu ilin III rübündə İndoneziya rupisi 9,1%, Tailand batı 7,1%, Tayvan dolları 6%, Cənubi Koreya vonu 6,4%, Çin yuanı isə 2,4% devalvasiyaya uğrayıb.