Seçki dövründə aparılan monitorinqin nəticəsi belə göstərir
“Aydın” Dindən Yazan Jurnalistlər Birliyi 2008-ci il prezident seçkilərinin təşviqat dövründə dini motivdən istifadə və onun mediada işıqlandırılması üzrə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. 2008-ci il sentyabrın 15-dən oktyabrın 13-dək olan tarixi əhatə edən təşviqat dövrünü əhatə edən monitorinqdə 2 elektron (Az.TV və İTV) və 3 çap (“Azərbaycan”, “525-ci qəzet” və “Yeni Müsavat”) kütləvi informasiya vasitəsi seçilib. Telekanalların monitorinqə cəlb edilən efir vaxtı saat 18-24 arası olub.
“Aydın” Dindən Yazan Jurnalistlər Birliyindən Lent.az-a bildiriblər ki, təşviqat dövründə dini motivli materialların ən çox olduğu namizəd İlham Əliyev olub. Seçkinin nəticələrini udaraq ikinci müddətə prezident seçilən YAP sədri ilə bağlı 3 çap mətbuatında (“Azərbaycan”, “525-ci qəzet” və “Yeni Müsavat”) dini motivli 33 material dərc olunub. Ümumi həcmin 90 faizi islam, 9 faizi başqa dinlərlə bağlıdır, 1 faiz isə dinlər barədə ümumi fikirləri əhatə edir. Az.TV və İTV-də isə bu cür materialların sayı 28 olub. Elektron KİV-dəki ümumi həcmin 84,7 faizi islama, yerdə qalan 15,3 faiz digər dinlərə aiddir.
Monitorinqdə prezidentliyə namizəd İlham Əliyevin dinə münasibətini neqativ dəyərləndirən 2 material aşkarlanıb. “Yeni Müsavat”da dərc olunmuş bir köşədə müəllif namizədin tolerantlıq barədə fikirlərinə etiraz edir, digər köşədə namizəd dindən uzaq bir şəxs kimi dəyərləndirilir.
Namizəd ölkədəki bütün dini konfessiya təmsilçilərilə ünsiyyətdə olub, müsəlmanları Ramazan, yəhudiləri Roş-Ha-Şana bayramı münasibətilə təbrik edib. 1 dini təşkilat rəhbəri (“Təbliğ” İslam Xeyriyyə Vəqfinin sədri Seyid Camal Əzimbəyli) ona seçkilərdə dəstək verib. Bir neçə dini təşkilat və konfessiya təmsilçisi, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin sədri, pravoslav, katolik və Dağ Yəhudiləri dini icmalarının rəhbərləri, Tövbə Cəmiyyətinin sədri, “Əbu Bəkr” məscidinin imamı namizədə rəğbətlərini bildirib.
Monitorinqin nəticələrinə görə, prezidentliyə namizədlər arasında ikinci sırada Fazil Mustafayev, üçüncü yeri Qüdrət Həsənquliyev tutur. Sonrakı sıralarda isə İqbal Ağazadə, Qulamhüseyn Əlibəyli və Hafiz Hacıyevin adı gəlir. Sonuncu namizəd İTV-də “Xalq seçir” seçki proqramında dövlət məmurlarından birinin tənqidi zamanı (5 saniyə) dini motivdən yararlanıb. “Müasir Müsavat” partiyasının sədri həmin məmuru xristianlığa xidmətdə ittiham edib. Monitor bu faktı dinə mənfi münasibət kimi dəyərləndirib.
Monitrinqin nəticələrinə görə, təşviqat dövründə Az.TV-də yalnız 1 namizədlə əlaqədar (İlham Əliyev, cəmi 6442 saniyə) dini motivli material efirə verilib. İTV-də isə Fuad Əliyev istisna olmaqla, yerdə qalan bütün namizədlər üçün müvafiq material aşkarlanıb (cəmi 1270 saniyə).
Monitorinqə cəlb edilmiş media mənsubları mövzu ətrafında analitik şərhlərə maraq göstərməyiblər, daha çox xəbər janrında işləyiblər. Yalnız “Yeni Müsavat” bəzi hallarda törəmə materiallar hazırlayıb, köşə yazarlarının fikirlərinə yer ayırıb.
Namizədlər dini mövzunu ciddi siyasi rəqabət motivinə çevirmədikləri kimi (Hafiz Hacıyevin kiçik replikasını çıxmaqla), kütləvi informasiya vasitələri də bu planda hər hansı təşəbbüsdə bulunmayıblar.
Elxan SALAHOV
İlham Əliyev dini və dindarları daha çox yada salıb
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Vətən müharibəsinin media təcrübəsi beynəlxalq kitabda araşdırıldı
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu peşə sahibləri həyat yoldaşlarını aldatmır
Bu gün
·
01:35
İdarəetməni itirən sürücü avtomobili aşırdı - FOTO
Bu gün
·
01:27
Pul onlara asanlıqla gəlir - 3 şanslı bürc
Bu gün
·
01:15
Valdas Dambrauskas "Slaviya" ilə oyunu şərh etdi
Bu gün
·
00:14
Səhranın altında maraqlı kəşf
Dünən
·
23:47
Türkiyə klubu baş məşqçini qovdu
Dünən
·
23:44
“Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür”
Dünən
·
23:32
Saat 10:00-da bu ərazilərdə işıq kəsiləcək
Dünən
·
23:18
Montelladan Türkiyəyə vida mesajı
Dünən
·
23:14
Hun Manetin Azərbaycana səfərindən görüntülər - VİDEO
Dünən
·
23:11
Sevgidə sədaqətləri ilə seçilən 3 bürc
Dünən
·
22:48
Pakistanda fövqəladə vəziyyət elan edildi
Dünən
·
22:24
"Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur" - Ramin Məmmədov
Dünən
·
22:14
Bu ərazidə 2 gün su olmayacaq
Dünən
·
21:53
Sabah qaz kəsiləcək - Bu ərazilərdə
Dünən
·
21:37