Bakı,30 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli oktyabrın 4-dən 6-dək Qazaxıstanın Astana şəhərində səfərdə olacaq.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, məqsəd Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının dördüncü sammitinin qərarı ilə Türk Akademiyasının bazasında “Ortaq türk ədəbiyyatı” dərsliyinin hazırlanması məsələsinə həsr olunan iclasda ölkəmizi təmsil etməkdir.