"Report" "TASS"a istinadən xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) sədri İlkka Kanerva bildirib.
"Ümid edirəm ki, bütün bunlar (Rusiya qırıcılarının Suriyada keçirdiyi hava əməliyyatını nəzərdə tutur - "Report") beynəlxalq hüquqa uyğundur. Suriyadakı vəziyyəti tənzimləmək üçün bizə beynəlxalq koalisiya lazımdır", - deyə, İlkka Kanerva bildirib.