Bakı, 1 oktyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı Bakının Nəsimi, Xəzər, Xətai, Sabunçu, Yasamal, Nərimanov, Nəsimi rayonlarında, Abşeron yarımadasında, Tərtər şəhərində və Qaradağ, Ağstafa, Bərdə ,Qusar, Ağdam rayonlarında saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb və qanuna müvafiq tədbirlər görülüb.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.