"AZAL Arena"da keçiriləcək matçı Rauf Cabbarov idarə edəcək. Bu, "təyyarəçilər"in yeni mövümdə öz meydanında ilk oyunu olacaq. Ev arenasının örtüyünün dəyişdirilmə prosesi ilə əlaqədar baş məşqçi Tərlan Əhmədovun komandası əvvəlki turlarda rəqiblərini "Dalğa Arena"da qəbul edib.
Həm AZAL, həm də "Rəvan" hazırda yaxşı vəziyyətdə deyil. "Təyyarəçilər" ilk xalını ötən tur "Sumqayıt"la səfər matçında qazanıb. "Rəvan" isə ötən turlar ərzində cəmi 2 xal yığa bilib. Meydan sahibləri qalib gəlsə, baş məşqçi Emin Quliyevin komandası turnir cədvəlinin sonuncu pilləsinə enəcək.
Azərbaycan Premyer Liqası, VII tur
2 oktyabr (cümə)
19:00. AZAL – "Rəvan”
Bakı, "AZAL Arena"
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Nail Nağıyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şahin Cəfərov
Qeyd edək ki, qalan oyunlar həftəsonu olacaq.