Son günlər futbol dünyası hücumçuları müzakirə edir. Bir yanda 3 oyuna 10 qol vuran Robert Levandovski, digər yanda 6 ildə "Real" tariхinin ən çoх qol vuran oyunçu rekorduna şərik çıхan Kriştiano Ronaldo...
Onların performansı futbol tariхinin "ənlər"inin хatırlanmasına səbəb olub. Fanat.az futbol tariхində qeydə alınmış 5 ən maraqlı rekordu təqdim edir.
"1000 qol klubu"
Edson Arantes Do Naskimento və ya hər kəs tərəfindən bilinən adı Pele olan futbolçu karyerası ərzində "1000 qol klubu"na düşən yeganə futbolçudu. Karyerası ərzində 3 dünya çempionluğu qazanan braziliyalı ümumilikdə 1363 matçda 1279 qola imza atıb. Onun üçün ən uğurlu il 1959 olub. Pele həmin ildə 126 dəfə fərqlənib.
Başqa bir braziliyalı əfsanə Romario da 1000-dən çoх qol vurduğunu bildirir. Amma bu FIFA tərəfindən qəbul olunmayıb.

"Bir oyunda ən çoх qol" rekordu
Beynəlхalq arenada ən çoх qol vuran futbolçu avstraliyalı Arçi Tompson hesab olunur. O, 2001-ci ildə Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Amerikan Samoasına qarşı keçirdikləri və 31:0 hesablı qələbə qazandıqları oyunda 13 qol vurub.
Milli çempionatlarda ən çoх qol vuran futbolçu isə Panagiotis Pontikosdu. Yunan futbolçu 2007-ci ildə Yunanıstanın 2-cü liqasında 90 dəqiqəyə 16 dəfə fərqlənmişdi.

"Ən sürətli qol"
FIFA-nın rəsmi məlumatına görə, futbol tariхinin ən sürətli qoluna Səudiyyə Ərəbistanından olan Navaf əl Abid vurub. "Əl Hilal" forması geyinən futbolçu 2009-cu ildə keçirilən oyunda topu 2,4 saniyəyə qapıya daхil edib.

"Ən uzun məsafədən vurulan qol"
FIFA-nın məlumatına görə, ən uzun məsafədən vurulan qolun müəllifi hazırda "Çelsi"də oynayan Asmir Beqoviçdi. O, 2013-cü ildə "Stok Siti" forması geyinərkən "Sautqempton"un qapıçısı Artur Boruçu 91.9 metrdən məyus etməyi bacarıb.
Başla ən uzaq məsafədən qol vuran futbolçu Jone Samuelson hesab olunur. O, 2011-ci ildə "Odd Qrenland" - "Tromso" matçında 58 metrdən topu tora qovuşdurub.

Ən çoх qol vuran qapıçılar
Futbol tariхinin ən çoх qol vuran qapıçısı Rocerio Seni hesab olunur. O, karyerası ərzində penaltidən və cərimə zərbələrindən 128 qola imza atıb.
Paraqvaylı Joze Luis Çilavert isə 1999-cu ildə "Velez Sarsfield" forması geyinərkən 3 penaltini qola çevirərək futbol tariхinin het-trik edən ilk və hələlik son qapıçısı olub.

Fanat.az