İspaniyanın “Barselona” klubu və Fransa milli komandasının futbolçusu Tyerri Anri keçmiş həyat yoldaşına 8 milyon funt sterlinq təzminat ödəyəcək.

Lent.az-ın “France Presse”yə istinadən məlumatına görə, bu məbləğ boşanma haqda müqavilədə əksini tapıb. Hücumçu keçmiş rəfiqəsi, britaniyalı model Kler Merridən 2007-ci ilin sentyabrında ayrılıb. Bundan sonra Merri ondan 10 milyon funt tələb edib. Onun sözlərinə görə, boşanmaya səbəb Anrinin anlaşılmaz davranışı olub.

Qeyd edək ki, Anri və Merri 2003-cü ilin iyulunda evləniblər. Bundan iki il sonra onların Ti adlı qızı dünyaya gəlib.