Bakı, 5 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda Azərbaycan və İtaliya milli komandaları qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, millimizin cari seçmə mərhələdə sonuncu ev oyununu keçirəcəyi Bakı Olimpiya Stadionunda qarşılaşmanın yüksək səviyyədə təşkili ilə bağlı AFFA tərəfindən kompleks işlər görülür. Hazırlıq işləri zamanı ot örtüyünə xüsusi diqqət yetirilir.


