Moskva Bankı arbitraj məhkəməsinə oktyabrın 5-də Telman İsmayılovun iflas olması ilə bağlı ərizə ilə müraciət edib. KİV-lərin məlumatına görə, Moskvanın Meşanski məhkəməsi oktyabrın 1-də kredit təşkilatının İsmayılova qarşı qaldirdığı 286 mln. dollar həcmində iddianın xeyli hissəsini təmin edib.
Bankın "Rusline 2000" ("Руслайн 2000") və Hollandiyanın "Tropicano Finance B.V." şirkətlərinə ayırdığı hər iki kredit müqaviləsində benefisiar kimi çıxış edən Telman İsmayılov kreditin vaxtında ödənilməsinə görə şəxsi zəmanət verib. İş adamına qarşı iddia uzun müddət maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə qaldırılıb.