Xocasəndə yük maşını piyada keçidinə çırpılıb.
Xocasən-Lökbatan yolunun 2-ci kilometrliyində, Xocasən qəsəbəsində "Shachman" markalı yük avtomobili kuzovu açıq vəziyyətdə yerüstü piyada keçidinin altından keçərkən ona çırpılıb və yararsız hala salıb. Lent.az-ın məlumatına görə, bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC mətbuat xidmətindən məlumat verilib.
Hal-hazırda hadisə yerinə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin əməkdaşları gəlib və keçiddən heç kim tərəfindən istifadə edilməməsi üçün onu hasarlayıblar.
Keçidə dəyən ziyan sabah araşdırılacaq.