Bakı, 6 oktyabr, AZƏRTAC
Çempionlar Liqası yarışlarına hazırlığı davam etdirən Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol komandası İtaliyaya yollanıb.
AZƏRTAC xəbər verir ki, hazırlığın ikinci mərhələsi çərçivəsində “Lokomotiv” İtaliyanın “Pyaçentsa”, “Modena”, “San Casciano” və “Bisonte Florense” klubları ilə yoldaşlıq görüşü keçirəcək. Səkkiz gün davam edəcək təlim-məşq toplanışında komanda tam heyətlə çıxış edir.
Oktyabrın 11-də Bakıya qayıdacaq komanda iki gündən sonra təlim-məşq toplanışının üçüncü mərhələsi üçün İstanbula yola düşəcək.