"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, italiyalı futbolçu "Milan" ilə oyunda dizini zədələyib və hələlik yığma həkimlərinin nəzarəti altında olacaq.
"Qorxulu bir şey yoxdur. O son oyunlarda bir neçə zərbə alıb və dizi şişib. Bu gün biz "Napoli" həkimləri ilə razılaşmadan sonra, dizdəki mayenin bir hissəsini götürdük", - deyə yığmanın baş həkimi Franko Kastellaççi bildirib.
Bundan sonra İnsinyenin Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı meydana çıxmaq məsələsinə qərar veriləcək.