Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) bir qrup tələbəsinə Yeni Azərbaycan Partiyasının (YAP) üzvlük vəsiqələri təqdim olunub.
ADDA-dan AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə YAP Səbail rayon “Xəzər Dənizçiləri” ərazi ilk təşkilatının sədri İzafət Məmmədov partiyanın Azərbaycan dövlətinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranması tarixindən, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. O, YAP-ın sıralarına qoşulan tələbələri təbrik edib, onların bu uğurlu yolu şərəflə davam etdirəcəklərinə əminliyini bildirib.
Sonda ADDA-nın rektoru Çingiz Əliyev tələbələrə YAP-ın üzvlük vəsiqələrini təqdim edib.