"Bavariya" fanları sevinə bilər. Nəhayaət ki, Frank Riberi məşqlərə başlayıb.
Fransız futbolçu təxminən 20 dəqiqə fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında qaçış aparatında çalışıb. Baş məşqçi Pep Qvardiola yarımmüdafiəçinin ayın sonuna kimi ümumi qrupla məşqlərə qoşula biləcəyinə ümid edir: "Ümid edirəm ki, Frank ayın sonuna kimi ümumi qrupla məşqlərə qoşula biləcək".
Riberi keçən mövsüm Çempionlar Liqasında "Şaxtyor"la oynanılan görüşdə sıradan çıxmışdı. O, 7 aydır ki, komandasına kömək edə bilmir.