Bakı, 10 oktyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Rus dili (Azərbaycan bölməsi) fənninə dair seminarın iş planının, bu fənn üzrə 2016-cı ildə tam orta təhsil (XI illik) üzrə buraxılış və ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramların müzakirəsi aparılıb.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, müzakirədə Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər fikirlərini diqqətə çatdırıb, təkliflər verilib.
Proqramların müzakirəsi davam etdiriləcək.