"Report" xəbər verir ki, bu iddia ilə Londonun "Daily Star Sunday" qəzeti Birləşmiş Krallığın müdafiə idarəsindəki mənbələrinə istinadən çıxış edib.
"Britaniya Hərbi Hava Qüvvələri pilotlarına bununla yanaşı nəyin bahasına olursa olsun Rusiya təyyarələri ilə təmasdan qaçmaq tapşırığı verilib", - deyə nəşr qeyd edib.
Məqalədə yazıldığına görə, bu addım Britaniya nazirlərinin "Yaxın Şərqdə vəziyyətin Rusiyanın hərəkətləri səbəbindən daha da təhlükəli" olması ilə bağlı xəbərdarlığından sonra atılıb.