Bakı, 12 oktyabr, Elşad Qəzvini, AZƏRTAC
Almaniya kansleri Angela Merkel Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə rəhbərliyinə başsağlığı verib. AZƏRTAC “Deutschlandfunk” (Almaniya radiosu) saytına istinadla xəbər verir ki, xanım-siyasətçi Türkiyənin Baş naziri Əhməd Davudoğluna rəsmi məktub ünvanlayıb.
Məktubda 97 nəfərin ölümünə və 246 nəfərin yaralanmasına səbəb olan terror hadisəsi demokratiyaya qarşı hücum kimi qiymətləndirilib. Zorakılıq aktını qınayan A.Merkel bu addımın bilavasitə Türkiyədəki vətəndaş hüququna, ictimai həmrəyliyə və demokratiya institutuna qarşı yönəldiyini ifadə edib.