ABŞ-ın dünyaca məşhur "Victoria's Secret" brendi Nyu-Yorkda keçirəcək "Victoria's Secret Show"da səhnəyə çıxacaq ulduzların adlarını açıqlanıb.
Milli.Az Vogue UK-ya istinadən bildirir ki, şouda səhnəyə müğənnilər Rianna, Selena Qompes və "The Weeknd" kimi tanınan kanadalı Abel Tesfaye çıxacaqlar.
Onlar brendin alt paltarı kolleksiyasındakı modelləri nümayiş etdirməyəcəklər.
Şou-proqramın təfərrüatları açıqlanmır.
Baş ofisi ABŞ-ın Ohayo ştatındakı Kolumbus şəhərində yerləşən "Victoria's Secret"in ilk şousu 1995-ci ildə Nyu-Yorkdakı "Plaza" otelində keçirilib.
Milli.Az





























