Bakı, 14 oktyabr, AZƏRTAC
Kişilər və qadınlar arasında cüdo üzrə Bakı şəhər açıq çempionatında Fövqəladə Hallar Nazirliyinin (FHN) təmsilçisi üçüncü yerin sahibi olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda nazirliyin komandasının üzvü, Xüsusi Riskli Xilasetmə Xidmətinin çavuşu Zaur Tağıyev 100 kiloqramdan yuxarı çəki dərəcəsində üçüncü yeri tutub.
Bakı İdman Sarayında keçirilən yarışda müxtəlif komandaların tərkibində 219 idmançı mübarizə aparıb.
Qeyd edək ki, nazirliyin komandasının məşqçisi Taleh Sadıqovdur.