“Alov qüllələri”nin pəncərələri qırılıb

“Alov qüllələri”nin pəncərələri qırılıb
05:26 29 Dekabr 2014
124 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ötən axşam güclü küləyin əsməsi nəticəsində “Alov qülləri” kompleksinə ziyan vurub. Belə ki, komleksin bir binasındakı şüşə pəncərələrdən bir neçəsi qırılaraq hündülükdən asfaltın üzərinə düşüb. Şüşə qırıntıları yol boyu asfaltın üzərinə dağılıb. Hadisə barədə polis və Fövqəladə Hallar Naziriyinin əməkdaşlarına məlumat verilib. Avtomobillərin gediş-gəlişi nəzərə alınaraq şüşə qırıntılarının dağıldığı ərazidə təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Şüşələr yerə dağıldığından Milli Məclisin binanın qarşısındakı dairədən İçərişəhər metrosuna doğru yol bağlanılıb. Gecə boyu həmin yolu şüşələrdən təmizləmək üçün işlər davam etdirilib.

İşlərin səhərə qədər davam etdirilməsi nəticəsində yol şüşə qırıntılarından tam təmizlənib. Yolda nəqliyyatın hərəkəti bərpa olunub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR