Keçirilən əmliyyat zamanı İmişli rayonunun Qaradonlu kənd sakini 1982-ci il təvəllüdlü Ramin Mehbalıyev şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, R.Mehbalıyev özünü MTN əməkdaşı kimi təqdim edərək kirayə yaşadığı evin sahibinin oğlunu MTN Akademiyasına düzəltmək adı ilə aldadıb və Q.Yunislidən bu ilin may ayında 1000 manat, iyun ayının ortalarında 1000 manat, həmçinin iyun ayının axırlarında 2800 ABŞ dolları, sonra isə 800 manat, bundan başqa həmin ərəfədə 7700 ABŞ doları, iyul ayının əvvələrində isə 4000 manat pul alıb. Ümumilikdə isə R.Mehbalıyev Q.Yunislidən 10 min 500 ABŞ dolları və 6800 manat pul alaraq onu adadıb.
Faktla bağlı İmişli rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.