163289 "like", 4388 şərh, 30191 paylaşma... ABŞ-ın Oreqon ştatında yaşayan iki gəncin nişan günü çəkdirdikləri foto Facebook-da rekord vurur.
Stivi Beard və Breydi Nouquoll sentyabrda toy etməyə hazırlaşırdar.
Onlar nişan gününü unutmamaq, əlamətdar etmək üçün şəkil çəkdirmək qərarına gəlmişdilər. Amma Stivi və Breydi fotolarının unudulmaz olmasını istəyirdilər.
Milli.Az bildirir ki, fotoqraf Coşua Reyn bunu bacarıb.
Nişan fotosunda ön planda əlində tüfəng tutmuş Stivi Beard durub. Onun arxasındakı ekskavatorun çalovundan isə nişanlısı Breydi Houquoll başıaşağı sallanıb.
Breydi sanki şikar, onun nişanlısı Stivi isə ovçudur.
Foto "Ov başa çatdı" adlanır.
Fotoqraf Coşua Reyn deyib: "Breydi ailəsi fermerlərdir. Onların Oreqonda Silets çayının sahilində 150 akrdan artıq əraziləri var. Ailə ovçuluğu da sevir. Məsələn, Stivi və atası sığın ovlamağın "fanat"larıdır. Bu səbəbdən də nişanlı Stivi ilə onun sevgilisi Breydini ov səhnəsində əks etdirmək qərarına gəldim".
Milli.Az


Bu nişan fotosu Facebook-da rekord vurur - FOTO
Bu nişan fotosu Facebook-da rekord vurur - FOTO
Bu nişan fotosu Facebook-da rekord vurur - FOTO
Bu nişan fotosu Facebook-da rekord vurur - FOTO