Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 15-dən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktorantura və dissertanturaya sənədlərin qəbuluna başlanılıb və bu proses 20 gün davam edəcək. Sənəd verən şəxslərin sayı isə noyabrın 5-dən sonra məlum olacaq. Bu barədə akademiyada doktoranturaya qəbul və doktorluq imtahanlarında test texnologiyalarının tətbiqi ilə əlaqədar yaradılan ekspert komissiyasının ilk iclasında məlumat verilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda akademiyada test texnologiyasının ilk dəfə tətbiq olunduğu vurğulanıb.
İclasda test üsulu ilə keçiriləcək imtahanların müddəti, testlərin sayı, sadə və ya mürəkkəblik dərəcəsi kimi məsələlər ilə bağlı müzakirələr aparılıb, imtahanların müddəti müvəqqəti olaraq iki saat müəyyənləşdirilib.