"Mançester Yunayted"in yarımmüdafiəçisi Ander Errera komandanın kapitanı Ueyn Runi barədə fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispan futbolçu bunları deyib:
"Runi komnda üçün böyük həcmdə iş görür. O, "MY" və İngiltərə millisi üçün vacib oyunçudur. Ueyn liderimiz və İngiltərə futbol tarixində ən yaxşı oyunçudur. Kapitan yaxşı formada olanda və fərqlənəndə komandaya böyük faydası olur".
Milli.Az