Balakən Rayon Polis Şöbəsindən "Report"a bildirilib ki, R.Zeynalov və rayonun Qullar kənd sakini 31 yaşlı Elvin Nastakalov arasında mübahisə düşüb. Mübahisə zamanı Elvin Nastakalov üzərində olan bıçaqla R.Zeynalova çoxsaylı bıçaq xəsarətləri yetirib. Təxirəsalınmaz tədbirlər nəticəsində E.Nastakalov tutularaq istintaqa təhvil verilib. Hadisə baş verən zaman hər iki şəxsin içkili olduğu bildirilir.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.