London, 19 oktyabr, AZƏRTAC
Mozambik Respublikasının Prezidenti Filipe Nyusi ilk dövlət səfərini Cənubi Afrika Respublikasına (CAR) edəcək.
CAR dövlət agentliyinin məlumatına görə, ali qonaq Prezident Ceykob Zuma tərəfindən dəvət edilib və səfərin məqsədi ölkələr arasındakı ikitərəfli münasibətləri daha da möhkəmləndirmək, gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək olacaq.
CAR-ın Prezident Administrasiyasından bildirilib ki, hər iki ölkə birgə əməkdaşlıqdan məmnundur.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London